Türkiyəli yazıçı Suat Turqut tərəfindən yazılmış bu hekayələrin hər biri artıq uşaqlara tanış olan qəhrəmanlar və onların başına gələn əhvalatların dekonstruksiya olunmuş variantını təklif edir.
“Sevgi” kitabındakı “Tənha uşaq və işıldaböcək” nağılında İşıldaböcək Tənha uşağa təmənnasız sevməyi öyrədir. Bu kitab “Yaxşılıq haqqında hekayələr” dəstinə aiddir və müstəqil halda satılmır.