Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Xəmsə, İskəndərnamə, nəsrlə, 5, Nizami Gəncəvi

Salam, ağıllı dostum!
Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan bu poema özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Əsər boyu Makedoniyalı İskəndərin sərkərdə,
alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcək, hakimiyyət və ideal cəmiyyət haqqında dəyərli fikirlərlə rastlaşacaqsan.

Qiyməti 6
KİTABI AL
Paylaş
Xəmsə, İskəndərnamə, nəsrlə, 5, Nizami Gəncəvi

Kitabın xüsusiyyətləri

  • Layihə müəllifi və redaktor: f.ü.f.d., dos. Şəmil Sadiq
  • Layihə rəhbəri və naşir: Səbuhi Şahmursoy
  • Nəsrə çevirən: Zibeydə Həşimova / Mehdi Calal / Arzu Əsədova
  • Korrektor: Aytac Əliyeva
  • Son oxu: Nizami Hüseynov
  • Texniki redaktor: Aytən Paşayeva
  • Rəssam: Nərmin Kazımova
  • Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
  • Müəllif: Nizami Gəncəvi
  • Kitab: İskəndərnamə
  • Seriya: Uşaq ədəbiyyatı
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Alt marka: Balabilgə Nəşrləri
  • Nəşr ili: 2022
  • Yaş kateqoriyası: 12+
  • Ölçü: 160x240 mm
  • Səhifə sayı: 144
  • Cild: Yumşaq
  • ISBN: 978-995-255-758-9