“Tarixi tapmacalar” “Məşhurlar” silsiləsinin yeddinci kitabıdır. Topluda rəsmi elmin üzərindən sükutla keçdiyi, yaxud tamamilə təkzib etdiyi artefaktlar, arxeoloji tapıntılar, tarixəqədərki sivilizasiyalardan qaldığı güman edilən və izahı olmayan məsələlərə işıq tutulur. Misir və Çin piramidaları, Nasxa xətləri, Pasxa adası heykəlləri, Stounhenc kimi özündə yüzlərlə sualın cavabını gizləyən tarixi müəmmaların niyə ört-basdır edildiyinə diqqət çəkilir.