Salam, dostum!
Əlində tutduğun bu kitabda böyük türk mütəfəkkirləri – Övliya Çələbi, İbn Sina, Fərabi, Biruni, Xarəzmi və Piri Rəisdən bəhs edilir. Bəs “Ən böyük sosial tarixçi” adlandırılan Övliya Çələbi, əsəri uzun illər Avropada əsas tibb dərsliyi olan İbn Sina, Şərqin ilk ensiklopediyasını qələmə alan Fərabi, Yer səthinin sahəsini ilk dəfə hesablayan Biruni, sıfır sayını riyaziyyat elminə qazandıran “Cəbrin atası” Xarəzmi, çəkdiyi dünya xəritəsi ilə hələ də alimləri heyrətə gətirən Piri Rəis barədə nə bilirsən? Elm dünyasına çıraq olan bu böyük şəxsiyyətləri tanımaq istəyirsənmi?
Üstəlik, kitabın qəhrəmanları böyük alimlərin uşaq yaşlarındakı hallarıdır. Gəl onlarla birgə tanış olaq!