Xatirə Ədəbiyyatı silsiləsindən 45-ci kitab.
Kitabda dahi rus rejissoru, filmləri ilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatından maraqlı epizodlarla tanış olacaqsınız.