Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Heydər Əliyev – Xatirələrdə

Xatirə Ədəbiyyatı silsiləsindən 60-cı kitab

Bu topluda fərqli fəaliyyət sahələrində tanınmış insanların Heydər Əliyevlə şəxsi tanışlığı, qohumluğu, dostluğu ilə bağlı xatirələri yer alıb. Bu yaddaş xəzinəsində Heydər Əliyevin, sözün əsl mənasında, böyük hərflərlə yazılası XARAKTERinin çoxyönlü tərəfləri təqdim edilməklə şəxsiyyəti haqqında ədəbi portreti yaradılıb. Bununla həm də yaddaşlardakı rəngbərəng ipliklərdən ilmə-ilmə hörülən bu xatirələr xalısını Heydər Əliyevi şəxsən tanımayan yeni nəslə sevgi dolu mənəvi yaddaş transferi kimi də düşünmək olar. Bu xatirələr toplusu həm də özlüyündə yaddaş saxlancı vəzifəsini öhdəsinə götürüb əbədiyyət rəfində yerini almaq iddiasında olacaq.

Qiyməti 7
KİTABI AL
Paylaş
Heydər Əliyev – Xatirələrdə

Kitabın xüsusiyyətləri

  • Layihə rəhbəri: Şəmil Sadiq
  • Naşir: Səbuhi Şahmursoy
  • Tərtibçi: Sevinc Mürvətqızı
  • Redaktor: Cavid Qədir
  • Texniki redaktor: Aytən Paşayeva
  • Rəssam: Vasif Səftərov
  • Dizayn və qrafika: Tamerlan İsmayılzadə
  • Ölçü: 135×200 mm
  • Səhifə sayı: 176
  • ISBN: 978995256698 7
  • Kitab: Heydər Əliyev – “Xatirələrdə”
  • Nəşriyyat: “XAN Nəşriyyatı” – 2023