Bu araşdırmada Amerika əsilli Meksikalı yazar Gene de Matlok türk, Meksika və hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğunu tutarlı faktlarla sübuta yetirməyə çalışmışdır. Və bu üç xalqın qədim dilindəki sözlərin mənşəyindən yola çıxaraq Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını maraqlı faktlarla təqdim etmişdir. Bu əsər tutarlı faktlara söykəndiyi üçün türkologiya, mifologiya, fəlsəfə, ilahiyyatla məşğul olan alim və gənc tədqiqatçıların masaüstü kitabı olacaqdır.