Xatirə Ədəbiyyatı silsiləsindən 14-cü kitab.
Əsrin əvvəllərində “rus ordusu artilleriyasının əjdahası” sayılan general Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazandı. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu”– hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi, xarici ordularda belə ona geniş maraq oyandı. Azərbaycan xalqının fəxri, general-leytenant Əliağa Şıxlinsikinin bizə yadigar qalan “Xatirələrim” kitabında onun kadet tələbəliyindən ordu komandanı kimi şərəfli bir vəzifəyə yüksəldiyi yol maraqlı təsvir edilib. Kitab gənclərimizin hərbi vətənpərvərlik
tərbiyəsində mühüm rol oynayacaq.