Salam, dostum! Bu kitab Mühəndis Bilgənin macəralarından bəhs edir. Birlikdə maraqlı məlumatlar öyrənəcəyik. Heyvanları sevirsənsə, bu kitabı oxuyandan sonra onlara evcik düzəltmək o qədər də çətin olmayacaq. Mühəndis olmaq üçün nələri bilmək zəruridir? Layihə necə hazırlanır? Eskiz çəkmək üçün nələr lazımdır? Suallarının cavabı bu kitabdadır.